RƏSMİ


Prezident İlham Əliyev Nizami rayonundakı 62 saylı məktəb-liseydə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub

Sentyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Nizami rayonundakı şəhid Xalid Quliyev adına 62 saylı məktəb-liseydə həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. AZƏRTAC xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır