Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Heydər Əliyev Mərkəzində müasir türk sənətkarlarının əsərlərindən ibarət sərgi açılıb

06.09.2017 [18:43]

Xəbərin mətni
Sentyabrın 6-da Heydər Əliyev Mərkəzində müasir türk sənətkarlarının əsərlərindən ibarət sərgi açılıb. Türkiyə Respublikasının Azərbaycandakı səfirliyi ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunan sərgidə 8 incəsənət xadiminin 60-dək əsəri yer alıb. Türkiyə və Azərbaycan arasında diplomatik əlaqələrin 25-ci ildönümü münasibətilə təşkil edilən sərginin açılış mərasimində çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu belə bir tədbirdə iştirak etməkdən məmnunluğunu bildirib.