Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeməklərin dadı, ləzzəti - sumaq

07.09.2017 [11:47]

Xəbərin mətni
Yeməklərin dadına dad qatan sumaq mətbəximizin əsas ədviyyatlarından biri hesab olunur. Ağızlarının dadını bilənlər ət qutabı, lülə-kabab, qızardılmış ət və digər təamları sumaqla yeməyi xoşlayırlar. 250-yə yaxın növü olan bu ədviyyat Quba rayonunda da yetişir. Süfrələrə bəzək, yeməklərə isə xüsusi dad verən sumaq avqust və sentyabr aylarında toplanır.