RƏSMİ


Prezident İlham Əliyev Bakının Nərimanov rayonundakı 212 saylı məktəbdə yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də paytaxtın Nərimanov rayonunda əsaslı təmir edilən 212 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub. AZƏRTAC xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.