Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kristin Muttonen: Azərbaycanın multikulturalizm, mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində müsbət təcrübəsi var

08.09.2017 [18:21]

Xəbərin mətni
Sentyabrın 8-də Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvlərinin ölkəmizdə səfərdə olan qurumun sədri xanım Kristin Muttonen ilə görüşü keçirilib. Milli Məclis sədrinin müavini, nümayəndə heyətinin rəhbəri Bahar Muradova Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətlərə xüsusi önəm verdiyini bildirdi.