RƏSMİ


Prezident İlham Əliyev Astanada Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Bakir İzetbeqoviç ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Astanada Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Bakir İzetbeqoviç ilə görüşüb. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulandı.