SİYASƏT


Prezident İlham Əliyev Aleksandr Lapşinin əfv olunması haqqında Sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Aleksandr Lapşinin əfv olunması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Lapşin Azərbaycanda cəzasının qalan hissəsini çəkməkdən azad olunur və onun yaxın vaxtlarda İsrailə ekstradisiya ediləcəyi nəzərdə tutulur. Dövlət başçısının əfv Sərəncamından sonra Azərbaycan Hökuməti Lapşini İsrail tərəfinə təhvil verir və Lapşin bundan sonrakı öhdəliyini İsrail hökumətinin qanunlarına müvafiq olaraq yerinə yetirəcək.