RƏSMİ


Prezident İlham Əliyev Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni rəhbərinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskasın etimadnaməsini qəbul edib. AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Kestutis Yankauskas fəxri qarovul dəstəsinin qarşısından keçdi. Kestutis Yankauskas etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır