SİYASƏT


İşğal olunmuş və cəbhəyanı rayonların gənclərinin forumu işə başlayıb

Ağdam rayonunun Quzanlı qəsəbəsində işğal olunmuş və cəbhəyanı rayonların gənclərinin “Vətəni müdafiəyə daim hazırıq” mövzusunda forumu işə başlayıb. AZƏRTAC xəbər verir ki, forum Dövlət Təhlükəsizliyi Xidməti, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Prezident yanında Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçirilir.