“Euronews” kababın hazırlanmasına aid süjet hazırlayıb
12.09.2017 [16:53]
“Euronews” telekanalı Azərbaycan mətbəxinə məxsus təndir çörəyi və kababın hazırlanmasına aid süjet hazırlayıb. Aparıcı Qəbələdəki restoranların birində təndirdə çörəyin bişirilməsi və kababın hazırlanma prosesi ilə tanış olub.
Azərbaycan mətbəxinin dünyada ən rəngarəng mətbəxlərdən biri olduğunu deyən aparıcı kababın hazırlanma tarixindən danışıb.