SİYASƏT


İşğal olunmuş və cəbhəyanı rayonların gənclərinin forumu keçirilib

Ağdam rayonunun Quzanlı qəsəbəsində Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin “Vətəni müdafiəyə daim hazırıq” mövzusunda forumu keçirilib. Forumun təşkilatçıları Dövlət Təhlükəsizliyi Xidməti, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Prezident yanında Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasıdır.