RƏSMİ


Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə bu gün Bakıda imzalanan Sazişin önəmi vurğulandı, yeni əsrin müqaviləsinin ikitərəfli əməkdaşlıqda mühüm əhəmiyyət daşıdığı bildirildi. Qeyd olundu ki, Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir davam edən səmərəli əməkdaşlıq qarşılıqlı etimada söykənir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır