Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AZƏRTAC və “Microsoft” lisenziyalı proqramların təşviqi istiqamətində əməkdaşlıq etmək niyyətindədir

15.09.2017 [16:56]

Xəbərin mətni
AZƏRTAC və “Microsoft” şirkəti lisenziyalı proqram təminatlarının təşviqi, cəmiyyətdə bu istiqamətdə maarifləndirmə işlərinin aparılması, informasiya təhlükəsizliyi, birgə layihələrin həyata keçirilməsi sahəsində əməkdaşlıq etmək niyyətindədir. Bununla bağlı məsələlər AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun “Microsoft” şirkətinin MDB İdarə Heyətinin üzvü Rustem İssenov, “Microsoft Azərbaycan” şirkətinin dövlət qurumları ilə iş üzrə rəhbəri Kamran Əsədov və qurumun biznesin inkişafı üzrə meneceri Emin Axundov ilə görüşündə müzakirə olunub.

Bölmənin digər videoları