Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı metrosunda Milli Musiqi Günü qeyd olunur

18.09.2017 [13:38]

Xəbərin mətni
Dahi bəstəkar, Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin doğum günü və Milli Musiqi Günü münasibəti ilə “Bakı Metropoliteni” stansiyalarında canlı konsert proqramı təşkil edilib. Proqramda milli və klassik musiqi nümunələri səsləndirilib. “İçərişəhər” stansiyasından başlayan konsert gün ərzində “28 May”, “Elmlər Akademiyası”, “Memar Əcəmi” metro stansiyasında (Bənövşəyi xətt) davam edəcək.