Azərbaycan Dövlət İnformasiya Agentliyi

İçərişəhərdə Milli Musiqi Günü qeyd olunub

18.09.2017 [18:02]

Sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bu gün həm də dahi bəstəkar, Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin doğum günüdür. Bu münasibətlə Qız qalası qarşısında Azərbaycan Televiziyası, “Mədəniyyət” kanalı və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun dəstəyi ilə konsert proqramı təşkil edilib.