CƏMİYYƏT


Azərbaycanın Dünya Bankına üzvlüyünün 25-ci ildönümü ilə bağlı mərasim keçirilib

Mərkəzi Bankın sədri Elman Rüstəmov 25 illik əməkdaşlıq dövründə Azərbaycanın Dünya Bankından texniki, maddi, ümumiyyətlə hərtərəfli dəstək aldığını deyib. Bildirilib ki, Dünya Bankı ilə Azərbaycanın uzunmüddətli və davamlı əməkdaşlığının əsasını ümummilli lider Heydər Əliyev qoyub. 25 il əvvəl Heydər Əliyevin rəhbərliyi ilə liberal bazar iqtisadiyyatının seçilməsi Dünya Bankı tərəfindən dəstəklənib. Qeyd edilib ki, bu günədək 50-dən artıq layihəyə Dünya Bankı tərəfindən 3,6 milyard dollar vəsait ayrılıb. Hazırda isə Dünya Bankı tərəfindən 10 aktiv layihə həyata keçirilir.