CƏMİYYƏT


Bakıda “Caspian Energy Transport Forum”u keçirilib

Beynəlxalq tranzit üçün əlverişli coğrafi mövqeyə malik Azərbaycan Respublikasında nəqliyyat sahəsi xüsusi əhəmiyyət kəsb edir. Nəqliyyat sektorunda nəhəng regional layihələr həyata keçirilir. Bu layihələr sektorun inkişafına, ölkəmizin tranzit potensialının gücləndirilməsinə, nəqliyyat təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Bu fikirləri “Caspian Energy Transport Forum”un açılışında nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib.