RƏSMİ


Azərbaycan Prezidenti İlham Əliyev Balaxanı Sənaye Parkının açılışında iştirak edib

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balaxanı Sənaye Parkının açılışında iştirak edib. Dövlətimizin başçısı Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonunda görülən işlərlə də tanış olub. AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi.