Tokioda keçirilən “JATA-2017” beynəlxalq turizm sərgisində Azərbaycan da təmsil olunur
23.09.2017 [16:32]
Xəbərin mətni
Sentyabrın 22-də Yaponiya paytaxtının möhtəşəm “Tokyo Big Sight” sərgi salonunda "JATA Tourizm EXPO Japan - 2017" beynəlxalq turizm sərgisi fəaliyyətə başlayıb.
Açılış mərasiminə Yaponiya hökumətinin rəsmiləri, bu ölkədəki diplomatik korpusun nümayəndələri, iştirakçı ölkələrin turizm şirkətlərinin rəhbərləri qatılıblar.