RƏSMİ


Prezident İlham Əliyev NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayı qəbul edib. AZƏRTAC xəbər verir ki, Ceyms Appaturay NATO adından ölkəmizin bu təşkilatla etibarlı tərəfdaşlıq həyata keçirməsinə görə minnətdarlığını ifadə etdi. Ceyms Appaturay Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyaya verdiyi böyük töhfəyə görə də təşəkkürünü bildirdi.