MƏDƏNİYYƏT


“Baharda solan ömür” - Zaur Gilalov haqqında film
ANONS

Ümumdünya Dağ yəhudiləri konqresinin yaradıcısı və ilk prezidenti Zaur Gilalovun xatirəsinə ithaf olunmuş sənədli film çəkilib. Filmdə dağ yəhudilərinin dünyada tanıdılmasında müstəsna xidmətlər göstərən Zaur Gilalovun dostları, yaxınları onun Ümumdünya Dağ yəhudiləri konqresini yaratmaq istiqamətində gördüyü işlər barədə xatirələrini bölüşürlər. “Baharda solan ömür” filminin layihə rəhbəri və ideya müəllifi Emin Musavidir. Layihənin informasiya tərəfdaşı ASAN Radiodur. “Baharda solan ömür” filmini yaxın günlərdə yerli telekanallarda və “Youtube” kanalında izləmək mümkün olacaq.