Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ukraynada hərbi sursat anbarında baş verən partlayışın görüntüləri yayıldı

27.09.2017 [14:21]

Xəbərin mətni
Ukraynanın Vinnitsa vilayəti yaxınlığında yerləşən hərbi sursat anbarında partlayış baş verib. AZƏRTAC RİA informasiya agentliyinə istinadla xəbər verir ki, Ukrayna Daxili İşlər Nazirliyi bu barədə məlumat verib. Qeyd edilib ki, Kalinovka şəhərinin və ətraf kəndlərin sakinləri evakuasiya edilib. Həmçinin hadisənin baş verdiyi ərazinin üzərində hava məkanı 50 kilometr radiusunda tam bağlanıb.