MƏDƏNİYYƏT


Xalq Artisti Alim Qasımova həsr olunan “Muğamın meracı” kitabının təqdimatı olub

Sentyabrın 27-da Beynəlxalq Muğam Mərkəzində Xalq Artisti Alim Qasımova həsr olunan “Muğamın meracı” kitabının təqdimatı olub. AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunan adlı kitabının müəllifi Lətifəxanım Əliyevadır. Kitabda Alim Qasımov haqqında tanınmış şəxsiyyətlərinin müsahibələri toplanıb. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə muğam sənətinin inkişafına göstərilən dövlət qayğısından söz açıb.