Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda V Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub

28.09.2017 [13:13]

Xəbərin mətni
Sentyabrın 28-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə reallaşan V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub. AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında keçirilən sərgi-yarmarkada 150-dən çox yerli, 40 xarici olmaqla ümumilikdə 40 ölkəni təmsil edən kitabxana, çap və poliqrafiya müəssisələri, o cümlədən çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak edir.