Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Türkiyənin milli müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

28.09.2017 [14:39]

Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Türkiyə Respublikasının milli müdafiə naziri Nurəddin Caniklinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Nurəddin Caniklini Türkiyə Respublikasının milli müdafiə naziri kimi yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik etdi və ona fəaliyyətində uğurlar arzuladı.