DÜNYA


Kataloniyada polislə toqquşmalarda xəsarət alanların sayı 500 nəfərə çatıb

Bu gün Kataloniyada polislə toqquşmalar zamanı ən azı 500 nəfər xəsarət alıb. Bu barədə Kataloniya hakimiyyəti məlumat yayıb. Qeyd edək ki, bu gün Kataloniyada müstəqilliklə bağlı referendum keçirilir. İspaniya hökuməti referendumu qanunsuz sayır və polis seçki məntəqələrində səsvermənin qarşısının alınması üçün addımlar atıb. Belə ki, İspaniya polisi referendumda iştirak etmək istəyənlərə qarşı rezin güllədən istifadə edib.