Azərbaycan Dövlət İnformasiya Agentliyi

Las-Veqas polisi: silahlı hücum nəticəsində azı 20 nəfər ölüb, 100-dən çox insan yaralanıb

02.10.2017 [13:02]

Xəbərin mətni
ABŞ-ın Las-Veqas şəhərində keçirilən musiqi festivalı zamanı insanların atəşə tutulması nəticəsində azı 20 nəfər həlak olub, 100-dən çox insan yaralanıb. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Bu barədə Las-Veqas şəhərinin şerifi Cozef Lobmardo Amerika telekanalları ilə yayımlanan mətbuat konfransında məlumat verib. Xatırladaq ki, insident oktyabrın 1-də gecə saatlarında “Mandalay Bay” otelinin yaxınlığında baş verib. İlkin ehtimala görə, naməlum şəxs festivala toplaşanları otelin balkonundan avtomatik silahla atəşə tutub.