MƏDƏNİYYƏT


Riyaziyyat müəllimi yandırma üsulu ilə bir-birindən maraqlı əsərlər yaradır

Qusarlı riyaziyyat müəllimi 30 ilə yaxındır taxta üzərində yandırma üsulu ilə bir-birindən maraqlı əsərlər yaradır. AZƏRTAC xəbər verir ki, rayonunun Avaran kənd tam orta məktəbinin riyaziyyat müəllimi olan Nurulla Davidov, həm də direktor vəzifəsində çalışır. 64 yaşlı müəllim işinin çox olmasına baxmayaraq, rəsm çəkmək üçün də vaxt tapır.