SİYASƏT
Cenevrədə Azərbaycan Hökuməti ilə BMT QAK arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
03.10.2017 [20:55]
Xəbərin mətni
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov oktyabrın 3-də İsveçrənin Cenevrə şəhərində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) İcraiyyə Komitəsinin 68-ci sessiyası çərçivəsində BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi ilə görüşüb.