SİYASƏT
Bakıda Alman Birliyi Gününün 27 illiyi qeyd edilib
03.10.2017 [21:04]
Xəbərin mətni
Oktyabrın 3-də Almaniyanın Bakıdakı səfirliyi ölkənin milli bayramı – Alman Birliyi Gününün 27 illiyi münasibətilə qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, qəbulda əvvəlcə Azərbaycanın və Almaniyanın dövlət himnləri səsləndirilib. Himnləri müğənni Sevda Ələkbərzadə canlı olaraq ifa edib.
Səfir Mixael Kindsqrab tədbirdə çıxış edərək Alman Birliyi Gününün tarixindən, ölkələrimiz arasında mövcud əlaqələrdən danışıb. Diplomat Almaniyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu xatırladıb, gələcəkdə ikitərəfli əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini bildirib.