Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Tariximiz üçün xüsusi önəm daşıyan sənədlərin surəti Azərbaycan rəsmilərinə təqdim edilib

04.10.2017 [12:17]

Xəbərin mətni
İsveçrədə səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT-nin Cenevrə bölməsinin kitabxanasına baş çəkiblər. AZƏRTAC xəbər verir ki, kitabxananın müdiri Françesko Pisano qonaqlara kitabxananın tarixi barədə məlumat verib.