Polis az qaldı kinoaktyoru güllələsin
05.10.2017 [05:10]
ABŞ-ın İndiana ştatında bir nəfər polisə zəng edərək mağazaya əlində silah olan maskalı şəxsin daxil olduğunu deyib. Hadisə yerinə gələn polis həqiqətən qapıdan əli silahlı şəxsin çıxdığını görüb. O, dərhal "silahı yerə at" əmri verərək atəş açır. Həmin şəxs isə burada kino çəkdiklərini deyir. Xoşbəxtlikdən güllə onun başının yanından keçərək divara dəyib.
Video: PoliceActivity
Video: PoliceActivity