CƏMİYYƏT


Balı yarmarkalardan alın - REPORTAJ

Arı məhsullarının növbəti satış-yarmarkası oktyabrın 10-da açılacaq. Təqdim olunan bal nümunələri laboratoriyada hərtərəfli yoxlanılır. AZƏRTAC-ın müxbiri yarmarkaya çıxarılacaq balın müayinə prosesini izləmək, eləcə də “aldığım bal keyfiyyətsiz çıxdı” deyə düşünənlərin şübhəsini aradan qaldırmaq üçün Baytarlıq şəhərciyində yerləşən Respublika Baytarlıq Laboratoriyasına baş çəkib.