SİYASƏT


Milli Məclis sədrinin müavini erməni deputatları təxribat xarakterli bəyanatlardan çəkinməyə çağırıb

Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova assambleyanın Andorrada keçirilən sessiyasının sonuncu günündə çıxış edərək ölkəmizin mövqeyini bir daha diqqətə çatdırıb. AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini erməni deputatlar tərəfindən Azərbaycana qarşı səsləndirilən iddialara tutarlı cavabların olduğunu vurğulayıb. Bahar Muradova belə halların ilk dəfə baş vermədiyini qeyd edərək bunun heç bir təsiri olmadığını vurğulayıb.