Müğənni-bəstəkar Emin Ağalarov Bakıda solo konsert verəcək
07.10.2017 [13:53]
Xəbərin mətni
Azərbaycanlı müğənni və bəstəkar EMIN dekabrın 17-də Heydər Əliyev Sarayında solo-konsert proqramı ilə çıxış edəcək.
Saat 20.00-da başlayacaq konsert proqramına onun hamı tərəfindən sevilən məşhur hitləri ilə yanaşı, tamamilə yeni kompozisiyaları daxildir. Konsertdə ifaçını öz orkestri müşayiət edəcək.