RƏSMİ


Prezident İlham Əliyev Rusiyanın Soçi şəhərinə səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasının Soçi şəhərinə səfərə gəlib. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Soçi Beynəlxalq Aeroportunda dövlətimizin başçısını Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev, Soçi şəhərinin meri Anatoli Paxomov və digər rəsmi şəxslər qarşıladılar.