SİYASƏT


Minskdə səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədov Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb

Belarus və Azərbaycan parlamentləri ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verə bilərlər. AZƏRTAC xəbər verir ki, bu fikri oktyabrın 13-də Minskdə Milli Məclisin sədri Oqtay Əsədovla görüşündə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Parlamentin öz imkanlarının və üstünlüklərinin olduğunu qeyd edən A.Lukaşenko deyib: “Mən parlamentlərin imkanlarını yaxşı bilirəm. Düşünürəm ki, parlamentlər ölkələrimiz arasında münasibətlərin inkişafına təkan verə bilər.