Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bolqarıstan Prezidenti Rumen Radevin rəsmi qarşılanma mərasimi olub

13.10.2017 [16:12]

Xəbərin mətni
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin oktyabrın 13-də rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Bolqarıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bolqarıstan Prezidenti Rumen Radevi və xanımı Desislava Radevanı qarşıladılar.

BÖLMƏNİN DİGƏR VİDEOLARI