MƏDƏNİYYƏT


Bavariyanın inciləri – Bad-Ayblinq və Prin-am-Kimze

Bavariya təkcə Münxendən ibarət deyil, Almaniyanın bu ən böyük əyalətinin yeddi inzibati dairəsində onlarca tarixi şəhər yerləşir. Alp regionuna aid bu kurort şəhərləri sağlamlıq və spa turizmi, təbiət qoynunda ailəvi və fəal istirahət imkanları ilə məşhurdur. Bad-Ayblinq ölkənin ən qədim palçıq kurortudur, Prin-am-Kimzedə isə Knayp su müalicəsi metodu geniş tətbiq edilir.