RƏSMİ


Prezident İlham Əliyev Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Yunanıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellosun etimadnaməsini qəbul edib. AZƏRTAC xəbər verir ki, səfir Nikolaos Kanellos fəxri qarovul dəstəsinin qarşısından keçdi. Nikolaos Kanellos etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.