Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qəribə meyvə - min dərdin dərmanı

18.10.2017 [13:16]

Xəbərin mətni
Gəncənin Sadıllı məhəlləsinin sakini, bağ həvəskarı olan Nizami Abbasovun həyətindəki çardaqda ürəkşəkilli yarpaqlar arasından boylanan, xüsusi görünüşü və qoxusu olan meyvə görənlərin diqqətini çəkir. Nizami Abbasov AZƏRTAC-a müsahibəsində həyətində becərdiyi bu qəribə bitki ilə çoxlarının maraqlandığını deyir. “Üzəri nahamar, yetişdikdə tünd narıncı, içərisindəki xırda, lətli meyvələri isə al qırmızı rəngdə olan bu meyvə hind narıdır”, - deyən Nizami Abbasov bildirir ki, ilk dəfə hind narının iki toxumunu əldə edib və həyətində basdırıb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI