RƏSMİ
Prezident İlham Əliyev Polşanın xarici işlər nazirini qəbul edib
18.10.2017 [14:30]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də Polşa Respublikasının xarici işlər naziri Vitold Vaşçikovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Polşaya builki səfərini məmnunluqla xatırlayaraq bu səfərin uğurla keçdiyini və yaxşı nəticələr verdiyini vurğuladı. Dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın və əldə edilmiş uğurların siyasi, iqtisadi, qarşılıqlı ticarət, investisiya, enerji, nəqliyyat sahələrində daha da genişləndirilməsinin önəmini qeyd etdi və bildirdi ki, Azərbaycan bu istiqamətdə fəal iş aparır.