Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd edilib
18.10.2017 [19:00]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 18 oktyabr - Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov toplantı iştirakçılarını Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümü münasibətilə təbrik edib.