MƏDƏNİYYƏT


Pakistanda “Əli və Nino” filminin təqdimatı olub

Azərbaycanın Pakistandakı səfirliyinin təşkilatçılığı ilə İslamabad şəhərində “Əli və Nino” filminin təqdimatı keçirilib. Pakistan Milli İncəsənət Şurasının salonunda təşkil olunan mərasimdə bu ölkənin xarici işlər nazirinin müavini, xarici işlər katibi vəzifəsini icra edən Eytizaz Əhməd, xarici dövlətlərin diplomatik korpusunun nümayəndələri, səfirliyimizin əməkdaşları, incəsənət xadimləri, şəhər ictimaiyyətinin nümayəndələri, tələbələr və jurnalistlər iştirak ediblər.