SİYASƏT


Azərbaycanın ABŞ-dakı səfirliyində Dövlət Müstəqilliyi Günü qeyd olunub

AZƏRTAC xəbər verir ki, tədbirin xüsusi qonaqları qismində Donald Ramsfeld Fondunun Mərkəzi Asiya, Cənubi Qafqaz, Əfqanıstan və Monqolustanı əhatə edən “CAMCA” təqaüd proqramı çərçivəsində Vaşinqtonda səfərdə olan sözügedən dövlətlərin nümayəndələri iştirak ediblər. Bundan əlavə, tədbirə Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın Vaşinqtondakı səfirləri, Gürcüstan və Əfqanıstan səfirliklərinin əməkdaşları, Ramsfeld Fondunun icraçı direktoru Sara Tonuçi, “CAMCA” proqramının məsul nümayəndəsi Dato Sumbadze və digər xüsusi qonaqlar qatılıblar.