DÜNYA


Xarkovda avtomobil insanlara çırpılıb, azı 6 nəfər ölüb

Ukraynanın Xarkov şəhərinin mərkəzində toqquşan avtomobillərin yol kənarındakı insanlara çırpılması nəticəsində azı 6 nəfər ölüb, 12 nəfər isə ağır xəsarət alıb. AZƏRTAC yerli mətbuata istinadən xəbər verir ki, “Lexus RX 350” və “Volkswagen Touareg” avtomobilləri toqquşduqdan sonra yolun kənarında dayanan insan kütləsinə çırpılıb. Ölənlər arasında 15 yaşlı qız da var. Xəstəxanaya yerləşdirilənlərin əksəriyyəti qadındır.