SİYASƏT


Pekində Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib

Pekində Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, Çində yaşayan və təhsil alan azərbaycanlıların, Azərbaycanın müxtəlif dövlət qurumları və şirkətlərinin Çindəki nümayəndəliklərinin əməkdaşlarının, Pekin və Pekin Xarici Dillər universitetlərində Azərbaycan dilini öyrənən çinli tələbələrin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycanın Dövlət himni səslənib.