RƏSMİ
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfərə gəlib
19.10.2017 [20:18]
Xəbərin mətni
Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etmək üçün İstanbula gəlib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, İstanbulun Atatürk Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.