MƏDƏNİYYƏT


Dulusçuluq - qədim sənəti yaşadanlar

Qubalı sənətkar Nəcəf Qədirov otuz ildən çoxdur dulusçuluqla məşğul olur. Rayonun Yenikənd kəndində yaşayan 52 yaşlı dulusçu bölgədə bu işlə məşğul olan azsaylı sənətkarlardandır. Nəcəf Qədirov AZƏRTAC-a bildirib ki, son illər dulusçuluq məmulatlarına tələbat xeyli artıb. Müştərilər daha çox nehrə, küp, bardaq, kuzə, kasa, piti qabları və başqa gil məmulatlar sifariş edirlər. Dulusçuluqla məşğul olan sənətkarların sayı az olduğundan ustalar sifarişlərin hamısını qəbul edə bilmirlər.