MƏDƏNİYYƏT


"Türk Milli Kültürü" kitabı Azərbaycan dilində çap edilib

Türkoloq, mədəniyyətşünas İbrahim Qəfəsoğlunun “Türk Milli Kültürü” kitabı türkcədən Azərbaycan dilinə tərcümə edilib. AZƏRTAC xəbər verir ki, nəşrin tərcüməçisi, publisist, ədəbiyyatşünas, professor, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Ramiz Əsgər bildirib ki, bu kitab türkologiyanın elmi təməli hesab edilə bilər.